Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2014

NATO Rusiyanı rəqib elan etdi

Şimali Atlantika Alyansı bundan sonra Rusiyanı özünün rəqibi hesab edəcək.

Bunu NATO baş katibinin müavini Aleksandr Verşbou deyib.

“Ruslar NATO-nu öz rəqibi elan ediblər, buna görə də biz Rusiyaya partnyor kimi yox, rəqib kimi baxacağıq”, - deyə Verşbou bildirib.

Onun sözlərinə görə, Alyans Rusiya ilə sərhəd dövlətlərinin suverenliyini və sərbəst seçki keçirməsini qorumağı qarşısına məqsəd qoyub: “Rusiya öz hegemonluğunu yenidən bərpa etməyə çalışır və qonşu dövlətləri rus müdafiəsi adı altında işğal edir”.

NATO rəsmisi eyni zamanda bildirib ki, Alyans Şərqi Avropada yeni hərbi qüvvələr yerləşdirməyi də düşünür.
1652 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı