Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2014

Milli Məclisdə Ziyafət Əsgərovla Fərəc Quliyev arasında mübahisə yaranıb

Azərbaycan parlamentinin bu gün keçirilən iclasında birinci vitse-spikerlə deputat arasında qalmaqal yaranıb.

Deputat Fərəc Quliyev çıxışı zamanı deputatlara yetərli söz verilməməsindən şikayət edən zaman Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov onun sözünü kəsib.

Z.Əsgərov onu mahiyyəti üzrə danışmağa dəvət edib. Bundan sonra F.Quliyev daha da alovlanıb: “Bura notariat kontoru deyil. Hər kəsin çıxış etmək haqqı var. İmkan verin sözümüzü deyək. Ziyafət müəllim, burada hər kəsin öz fikrini bildirmək haqqı var. Siz heç kimin çıxışını kəsə bilməzsiniz. Sizin bizdən heç bir fərqiniz yoxdur. Səlahiyyətlərimiz eynidir. Sadəcə, siz çıxışçılara söz verirsiniz, vəssalam!”/apa/
1588 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 19:30