Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2014

Türkiyədə 142 nəfər həbs olunub

İstanbuldakı "1 May" nümayişlərində polislə qarşıdurmalarda iştirak edən 142 nəfər həbs edilib. Ankara və İzmirdə də polislə toqquşan qruplara müdaxilə edilib, - AA.

Aksiyalar zamanı Taksim, Beşiktaş, Şişli, Okmeydanı və Mecidiyeköydə bəzi restoran və kafelərlə yanaşı iş yerlərə zərər vurulub. Hadisələrdə bu bölgələrdə bəzi bankların "ATM"ləri, iş yerlərinin şüşələri, avtobus dayanacaqları zərər çəkib. Nümayişçilər polisə cavab vermək üçün səki daşlarını söküb. Nümayişçilər bəzən barrikada qurub, molotov kokteylləriylə yollarda yanğınlar törədib.

Xəbərdarlıqlara baxmayaraq yollarda hərəkəti bağlayıb polisə daş atan qruplardan 34 nəfər nəzarət altına alınıb. 3 polis məmurunun yüngül yaralandığı hadisələr əsnasında bəzi iş yerləri və bankların şüşələri də atılan daşlarla qırılıb.

Hazırda İstanbul və Ankarada sabitlik bərpa olunub./deyerler/
1983 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber