Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2014

İdman sinir sisteminə təsirlidir

Məlumata görə San Francisco Universitetinin mütəxəssisləri, idman məşqlərinin sinir sistemində bir çox bölgəyə təsir etdiyini müəyyən edib.
Bunun sayəsində insan həm sağlamlığını həm də xoşbəxtliyini təmin edə bilər. Belə ki, yaranan serotonin, dopamin kimi sevinc hissləri insanın özünü xoşbəxt hiss etməsində və zövqlə yaşamasında əhəmiyyətli rol oynayır.
Mütəxəssislərə görə, məşq edən zaman insanda işgüzarlıq, düşünmə qabiliyyəti, əhval da yaxşılaşır.
Bildiyimiz kimi migren, epilepsiya, təzyiq, xolestrol, başgicəllənmə kimi hallar da müxtəlif narahatlıqlara səbəb olur. İdman məşqləri bu problemlərə də kömək edir.
Idman edən zaman bədən müqaviməti güclənir, immunitet sistemi qaydasına düşür. Buda baş dönmələrinin qarşısını almağa təsirlidir. Daha çox ayaqlarda hissiyyatın azalması və baş gicəllənməsi beyində şişlər yarada bilər. Mütəxəssislər bu zaman çoxlu dərman istifadə etməyi məsləhət görmür. Dərmanlarda çoxlu istifadə immunitetə təsir göstərir və qoruyucu mexanizmi zəiflədir. Bu səbəbdən qəbul edilən dərmanlar müalicə müddətini aşmamalıdır. İmkan daxilində idman məşqlərinə vaxt ayrılmalı, həkimin verdiyi məsləhətlərə isə əməl edilməlidir. Bu həm sağlamlıq üçün həm də xəstəliyin təkrarlanmaması üçün vacib sayılan prosedurlardan biridir.
1750 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38