Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2014

Yüngül idman məşqlərinin faydası

Bildiyimiz kimi, təmiz hava gəzintisi müntəzəm olduqda əzələlərin qüvvətlənməsinə, köklük və piylənmə xəstəliyinin azalmasına, yaradıcı düşüncə potensialının artmasına və yaşlanmaya təsir göstərir.
ABŞ-ın Santa Clara Universitetinin elm adamları da konsentrasiya və yaxşı düşünmə bacarığı üçün təsirli vasitə kimi yüngül idman məşqlərini (qaçış, templi yerişlər və s.) uyğun görür. 176 iştirakçı arasında aparılan tədqiqatlara görə açıq havada edilən idman məşqləri daha çox fayda təmin edir.
Araşdırmaya imza atanlardan Marily Oppezzo bildirib ki, qaçış bandında və açıq havada idman edənlərin yaradıcılıq imkanlarında artım müşahidə olunub.
Tədqiqat nəticələri isə "Journal of Experimental Psychology" jurnalında dərc edilib.
Bəzi internet mənbələrindən verilən məlumata görə müntəzəm olaraq təmiz hava gəzintisində olmaq və yüngül idman məşqləri etmək ürək-damar və beynin damar xəstəlikləri riskini azaldır, qan dövranını yaxşılaşdırır. Təzyiqi olanlara və stressdən əziyyət çəkənlərə kömək edir.
1692 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı