Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2014

Elşad İsgəndərov işdən çıxarıldı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov vəzifəsindən azad edilib.

Komitə sədrinin tutduğu vəzifədən azad edilməsi ilə bağlı imzalanan sərəncamda deyilir ki, Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq, Elşad Hüseyn oğlu İsgəndərovu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edib.

Ekspertlər Elşad İsgİsgəndərovəndərovun vəzifədən azad olunmasını onun adının son günlər nurçulaırn siyahısında çəkilməsi ilə bağlayırlar. Onların ehtimallarına görə, Komitə sədri məhz bu səbəbdən hədəfə gəlib.

Yeri gəlmişkən, dövlət başçısı E.İsgəndərovdan əvvəl nurçuluqda ittiham olunan digər məmur Elnur Aslanovu da Prezident Administrasiyasının şöbə müdiri vəzifəsindən azad etmişdi./apa/
1698 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber