Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2014

Putinin başına 100 milyon pul qoyuldu - Foto

Ukraynanın Dnepropetrovsk vilayətinin rəhbəliyi ətrafdakıları təəccübləndirməkdə davam edir. Belə ki, bu gün vilayət rəhbərinin müavini Boris Filatov yeni bəyanatla çıxış edərək, Rusiya prezidenti Vladimir Putinin fiziki məhvinə görə 100 milyon dollar vəsait ödəməyə hazır olduqlarını bildirib.

Filatov alternativ variant da təklif edərək, Rusiya dövlət başçısının fiziki məhvi alnmayacağı təqdirdə onun hakimiyyətdən getməsinə cəhd edənlərə də analoji civarda qonorar ödəməyə hazır olduğunu dilə gətirib.

Qubernator müavini Filatov isə fikrini belə əsaslandırıb ki, iki qardaş xalqın üz-üzə gəlməsinin, günahsız əsgər və zabitlərin gərginlik altında qalmasının təkcə bir günahkarı var – o da Vladimir Putindir.

Yeni təklifin şərtləri və tezisləri mayın 5-nə qədər bəyan ediləcək.

Qeyd edək ki, ilk bu tip addımlar vilayət qubernatoru İqor Kolomoyski tərəfindən atılmışdı. O, separatçıları və müxtəlif çaplı silahları təhvil verənlərə müəyyən miqdarda pul ödəyəcəyini demişdi.

1811 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11