Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2014

Ukraynanın Kramatorsk şəhərindəki toqquşmalarda 1 nəfər ölüb, 10 nəfər yaralanıb

Donetsk vilayətinin Kramatorsk şəhəri ərazisində baş verən toqquşmalarda 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, Slavyanskla Kramatorsk arasında yerləşən Yasnoqorka qəsəbəsində özünümüdafiə qüvvələri zirehli texnikanın qarşısını kəsiblər. Qaranlıq düşdüyü zaman hərbçilər separatçıların müdafiə xəttini yarmağa cəhd etdikdə atışma başlayıb.

Qeyd edək ki, Ukrayna təhlükəsizlik qüvvələri Donetsk vilayətində silahlı separatçılara və terrorçulara qarşı antiterror əməliyyatı keçirirlər./apa/
1118 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber