Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2014

Əfqanıstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 2 500 nəfərə çata bilər

Əfqanıstanın şimalı-şərqində yerləşən Badaxşan əyalətində güclü torpaq sürüşməsi baş verib.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, əyalətin qubernatoru Şaz Vəliullah Ədib torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 2,5 min nəfərə çata biləcəyini deyib.

“Yerli sakinlərdən topladığımız ilkin məlumatlara görə, qadınlar və uşaqlar daxil olmaqla, təbii fəlakətin qurbanlarının sayı 2 500-dək çata bilər”, - deyə Ədib bildirib.

BMT-nin Əfqanıstandakı nümayəndəliyi torpaq sürüşməsi zamanı ən azı 350 nəfərin öldüyü barəsində məlumat yayıb.

Qeyd edək ki, apreldə Əfqanıstanın Balx əyalətində sel axınları Məzəri-Şərif şəhərinin hava limanını su altında qoymuşdu./apa/
1694 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu