Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2014

Yol polisini Ziya Məmmədova şərik qoşdular

Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib. Qərara edilən dəyişiklik iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarətlə bağlıdır.

Dəyişikliyə əsasən, bundan sonra Daxili İşlər Nazirliyi də avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) xüsusi ölçü alətləri və cihazları ilə bu cür nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılmasını, stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsini həyata keçirəcək.

İndiyə qədər bu funksiya Nəqliyyat Nazirliyində idi. Bu işlə nazirliyin Nəqliyyat Müfəttişliyi məşğul olurdu. Bundan bir neçə gün qabaq da Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar verib və paytaxtda sərnişin daşınmasının təşkilini Nəqliyyat Nazirliyinin səlahiyyətləri sırasından çıxarılıb./azadlıq/
1633 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 10:41