Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2014

Odessada baş verən iğtişaşlarda 41 nəfər ölüb, 174 nəfər xəsarət alıb

Mayın 2-də Odessada baş verən iğtişaşlarda 41 nəfər ölüb, 174 nəfər xəsarət alıb.

UNİAN agentliyinin verdiyi xəbərə görə, 77 nəfər xəstəxanaya yerləşdirilib, 25 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.

“Tibb işçiləri hazırda gücləndirilmiş iş rejiminə keçərək şəhərin bütün xəstəxanalarında zərərçəkənlərə yardım göstərirlər”, - Odessa şəhər meriyasının yaydığı açıqlamada deyilir.

Qeyd edək ki, son hadisələrlə bağlı Odessada 3 günlük matəm elan olunub. Matəm günləri şəhərdə dövlət bayraqları endiriləcək, əyləncəli tədbirlər və idman yarışları keçirilməyəcək.

Mayın 2-də “Maydan” tərəfdarları dörd saatlıq küçə toqquşmalarından sonra Rusiya yönümlü rəqiblərinin düşərgəsinə od vurublar. Buna cavab olaraq ikincilər Həmkarlar İttifaqı Evini zəbt ediblər. Bundan sonra “Maydan”çılar yandırıcı maye ilə dolu şüşə qabları atmağa başlayıblar. Nəticədə onlarla insan özlərini pəncərədən ataraq və yaxud dəm qazından boğularaq ölüb./apa/
1652 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:09