Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2014

Kadırov: "Biz Ukraynaya girməliyik"

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ukraynanın Slavyansk şəhərində baş verənlərlə bağlı sərt bəyanat verib.

O, Ukrayna güc strukturlarının sözügüedən antiterror əməliyyatlarını ciddi tənqid edərək, dinc sakinlərin, qocaların öldürlməsini sakit şəkildə izləyə bilməyəcəklərini açıqlayıb.

Qeyd edək ki, özünün kremlyönlü mövqeyi ilə seçilən Kadırov bu dəfə də Ukrayna milli ordusunun tanklardan, ağır texnikadan istifadə etdiyini iddia edib və bunu görünməmiş hal kimi dəyərləndirib. O, Kiyev iqtidarını cinayətkar adlandırıb və onu ölkə daxilində vətəndaş müharibəsi yaratmaqda suçlayıb:

”Heç kimdə şübhə yoxdur ki, Kiyev birbaşa ABŞ və NATO-dan təlimat alır. Bu, o qurumlardır ki, vaxtı ilə onların köməyi ilə Çeçenistanda minlərlə günahsiz sakin qətlə yetirildi. Biz sakit dura bilmərik. Əminəm ki, Prezident Vladimir Putin ordu yeritməklə bağlı Federal Şuranın ona verdiyi səlahiyyətlərdən yararlanaraq, Ukrayna şəhərlərində günahsız insanların ölümünün qarşısını alacaq. Biz sutkanın hər bir anı Ali Baş Komandanın əmrini gözləyirik. Rusiya qısa bir müddət ərzində bu məsələlərin öhdəsindən gəlməyə hazırdır”.
1782 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03