Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2014

Odessada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb

Odessada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb.

“RİA Novosti”nin xəbərinə görə, bu barədə Odessa vilayət prokurorluğundan məlumat verilib.

Ölənlərdən 40 nəfəri Həmkarlar İttifaqı Evinin binasında, 6 nəfəri Odessanın mərkəzində həlak olub.

Qeyd edək ki, mayın 2-də Odessada baş verən iğtişaşlarda 200 nəfər, o cümlədən 22 milis əməkdaşı xəsarət alıb. Faciəli olaylarla əlaqədar şəhərdə üç günlük matəm elan olunub. Faktla bağlı cinayət işi açılıb, iğtişaşlarda iştirak edən 130 nəfər saxlanılıb.
1657 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı