Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2014

Ukrayna ordusu itki verir

Antiterror əməliyyatları zamanı 5 nəfər ölüb, 12 nəfər yaralanıb

Ukraynanın şərq vilayətlərində gedən döyüşlərdə Ukrayna xüsusi xidmət orqanlarının 5 əməkdaşı öldürülüb. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin sədrinin müavini, antiterror əməliyyatlarının rəhbəri Vasili Krutov açıqlama verib.

“Təəssüf ki, biz antiterror əməliyyatları zamanı 5 itki vermişik. 12 nəfər isə yaralanıb. Ölənlərdən yalnız dördünün cəsədini əldə edə bilmişik”, V.Krutov deyib.

Onun sözlərinə görə, separatçıların nə qədər itki verməsi ilə bağlı hələlik dəqiq məlumat yoxdur: “Bölgədə silahlı toqquşmalar davam edir. Lakin onu deyə bilərik ki, qarşı tərəf bizdən çox itki verib”.

Qeyd edək ki, aprelin 15-də Ukrayna hökuməti ölkənin cənub şərqində antiterror əməliyyatlarına start verib. Ötən gün isə Ukrayna ordusu bölgədə əməliyyatlara başlayıb. 40-dan çox insanın öldürüldüyü, 200-ə yaxın adamın yaralandığı bildirilir.
1215 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP