Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2014

Zakir Həsənovla Arzu Rəhimov arasında toqquşma

Ekspertlər son hərbi çağırışdan 171 əsgərin geri göndərilməsini bu münasibətlərdəki gərginliklə əlaqələndirir

Aprel ayının 1-dən 30-dək Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə çağırılmış 171 çağırışçıda xəstəlik aşkarlandığından geri qaytarılıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Çağırışçılar Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində təkrar tibbi baxışdan keçiriliblər. Geri qaytarılmış gənclərin 37 nəfərində vərəm, 62 nəfərində nevrotik reaksiya, 72 nəfərində isə digər xəstəliklər aşkar edilib.

Bundan əvvəl, yanvarın 1-dən 31-dək Silahlı Qüvvələrin hərbi tibb müəssisələrində təkrarən yoxlanılan gənc çağırışçılardan xəstəlik aşkarlanmış 157 nəfər geri qaytarılıb.

Qeyd edək ki, yanvar ayının əvvəlində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı əmrə əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrar yoxlamadan keçirilir.

Hərbi ekspert, tanınmış jurnalist Üzeyir Cəfərov bu məsələyə Müdafiə naziri Zakir Həsənovla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov arasında münasibətlərin gərginləşməsi prizmasından yanaşır: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yubiley tədbirində Arzu Rəhimov Zakir Həsənovdan incikliyini açıq şəkildə biruzə vermişdi. Müdafiə Nazirliyinin həmin qurumla bağlı məktubunu ümumiyyətlə, tədbir iştirakçılarına çatdırmamışdı. Bu da onunla əlaqdardır ki, Müdafiə Nazirliyinin mətbuat xidməti ötən çağırışdan çağırışçıların geri qaytarılmasıyla bağlı məlumatı yaydı. Bu da ölkə rəhbərliyinin qəzəbinə səbəb olmuşdu. Ilk dəfə idi ki, Ilham Əliyev güc strukturunun bayramını təbrik etmədi, heç kimi mükafatlandırmadı. Bu, çox nadir hallarda olan hadisədir. Görün indi hərbi xidmətə yararlı olmayan əsgərlərin sayı nə qədərdir ki, bunun 171 nəfəri geri qaytarılır...”

Üzeyir Cəfərov deyir ki, Hərbi Prokurorluq həm keçən, həm də indiki çağırışçıların geri qaytarılmasıyla bağlı Arzu Rəhimovu istintaqa cəlb etməli idi: “171 nəfər bir neçə tağımın əsgərləridir. Ciddi rəqəmdir. Ümumiyyətlə, faktiki olaraq, dövlətin bir qurumu digər qurumunu sabotaj etməklə məşğuldur. Bu, davamlı hal alıb, xüsusi ölçü götürülməlidir. Bu nə biabırçılıqdır, nə rüsvayçılıqdır ki, xidmətə yararsız insanları hərbi xidmətə cəlb edirlər?!

Müdafiə Nazirliyi nədənsə, keçən dəfə də açıqladığı bənzər siyahını Hərbi Prokurorluğa təqdim etmədi. Məndə olan məlumata görə, ordudan geri çağırılan çağırışçıların bir neçəsi başqa qurumlara xidmətə göndərilir. Müdafiə Nazirliyi prinsipiallıq göstərmədi deyə, xidmətdən azad olunmuş çağırışçıları başqa qurumlarda hərbi xidmətə yolladılar. Bu da sonradan fəsadlara yol açır - ya əsgər dünyasını dəyişir, ya da bir sıra başqa problemlər yaranır ki, bu da son nəticədə xoşagəlməz hadisələrə səbəb olur".
1724 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi