Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2013

Dünyada bir ilk: xoşbəxtlik nazirliyi yaradıldı

Venesuela prezidenti Nikolas Maduro hökumətinin tərkibində xalq xoşbəxtliyi işləri üzrə vitse-nazirlik təsis edib. Press24.az-ın “Globovision” telekanalından əldə etdiyi maraqlı məlumata görə, bu dövlət qurumu əsasən ahıl, uşaq, əlil və evsizlərin problemləri ilə məşğul olacaq. Xalq xoşbəxtliyi işləri üzrə vitse-nazirliyə Venesuelanın Milli Assambleyasının sabiq millət vəkili Rafael Rios rəhbərlik edəcək.

Prezident bundan savayı, daha bir neçə qanun qəbul edib. Belə ki, bu ildən etibarən hər il dekabrın 8-i Venesuelada keçmiş dövlət başçısı Uqo Çavesə sadiqlik və sevgi günü kimi qeyd ediləcək. Bu tarixin seçilməsi təsadüfi deyil. Belə ki, Madura bildirib ki, Uqo Çaves məhz ötən il dekabrın 8-də bədxassəli şişdən əziyyət çəkdiyini ictimaiyyətə açıqlayıb.

Xatırladaq ki, Uqo Çaves bu il martın 5-də dünyasını dəyişib. Aprel ayında keçirilən seçkilərdə isə Madura ölkənin yeni başçısı seçilib.
1557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber