Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2014

Krım tatarlarının lideri Mustafa Cəmilov Krıma buraxılmayıb

Rusiya Federasiyası ərazisinə girişi qadağan olunan Krım tatarlarının lideri Mustafa Krımoğlu Cəmilov Krıma buraxılmayıb.

Ukrayna mətbuatının xəbərinə görə, bu barədə Krım Tatarları Məclisinin mətbuat katibi Leyla Muslimova “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Krım-Ukrayna sərhədindəki Armyansk sərhəd-keçid məntəqəsinə yeridilən rus hərbçiləri M.Cəmilovun yarımadaya daxil olmasına icazə verməyiblər. M.Cəmilov onu qarşılamağa gələn soydaşlarının Krıma dönüşünə icazə verilməyincə, sərhəd-keçid məntəqəsini tərk etməyəcəyini bildirib. Bundan sonra rus hərbçiləri Krım tatarlarının geriyə dönüşünə icazə veriblər və M.Cəmilov Ukrayna ərazisinə geri qayıdıb.

Xatırladaq ki, M.Cəmilovun Rusiya Federasiyası ərazisinə girişi qadağan olunduqdan sonra açıqlama verən tanınmış rusiyalı jurnalist, ORT telekanalının aparıcısı Maksim Şevçenko bu hadisəni kəskin pislədiyini bildirib: “Sərhəddə hansısa şəxslər Mustafa Cəmilova naməlum kağızlar təqdim edərək onu hədələyiblər. Rusiya dövlətinin bu hadisə ilə heç bir bağlılığı yoxdur”.

M.Şevçenkonun sözlərinə görə, bütün qeyri-stabil bölgələrdə olduğu kimi, Krımda da müxtəlif maraqları olan qruplar fəaliyyət göstərir: “Onlar Rusiya ilə razılaşdırmadan hansısa qadağalar tətbiq edirlər. Hesab edirəm ki, Mustafa Cəmilov başda olmaqla Krım siyasətçilərinə Krıma girişin qadağan olunması Rusiyanın maraqlarına ziddir”./apa/
1538 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı