Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2014

“Nyu York Tayms” Ərdoğanı təhqir etdi

“Nyu York Tayms” Ərdoğanı təhqir edib.

Qəzetin “Buraxın Ərdoğan öz döyüşünü özü etsin” başlıqlı məqaləsində Ərdoğanın Güləni Türkiyəyə qaytarmaq cəhdi “axmaq və gülünc” adlandırılıb.

Məqalədə yazılır ki, Ərdoğan ABŞ-la əlaqələri və eksdradisiya haqqında qanunu sui-istifadə etməyə çalışır: ”Gülənlə Ərdoğanın münasibətləri o dərəcəyə çatıb ki, hətta Ərdoğan ABŞ hökumətinə rəsmi surətdə müraciət edəcək. Bu halda hökumət tələbi qiymətləndirmək məcburiyyətində qalacaq. ABŞ buna müsbət cavab verməyə də bilər. Buna səbəb kimi, 1997-ci ildən Pensilvaniyada yaşayan Gülən barədə heç bir cinayət hadisəsinin olmamasıdır. Gülən 1990-cı illərdə dünyəvi hökumət təbliğatına görə Türkiyəni tərk edərək barəsində çıxarılan bütün cinayətləri rədd etmişdi. Bu günahlandırmalar Ərdoğanın hakimiyyətə gəlməyindən sonra başlandı”.

Məqalədə bildirilir ki, rəsmi Vaşinqton Güləni təhdid olaraq görmür: ”Elə olsaydı, ölkədə qalmağa davam etmiş ola bilməzdi. Obama Hökuməti Türkiyə ilə münasibətlərə kifayət qədər xələl gətirə biləcək növü olan Gülən barədə ictimaiyyət qarşısında indiyədək hər hansı mövqe açıqlamayıb. Türkiyədə çox böyük nüfuza sahib olan Gülən barədə Obama administrasiyası düzgün qərar verməlidir”.

Yazı Obamanı qanundan siyasi məqsədlər üçün istifadə etməməyə çağırır.
1905 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...