Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2014

“Müsəlman Qardaşlar”ın yüz üzvünü on il həbs kəsildi

Misir məhkəməsi “Müsəlman Qardaşlar”ın yüz üzvünü on il həbsə məhkum edib
“Müsəlman Qardaşlar”ın dörd üzvü isə 7 il azadlıqdan məhrum edilib

Qahirənin ağır cinayətlər məhkəməsi “Müsəlman Qardaşlar” hərəkatının yüz üzvünün hər birini 10 il, dörd üzvünü isə 7 il azadlıqdan məhrum edib. İnterAz-ın Misir mətbuatına istinadla verdiyi xəbərə görə, “Müsəlman Qardaşlar”ın 104 üzvü ötən ilin iyulunda Qahirənin əz-Zahir rayonunda törədilən qarşıdurmalarda, ümumi əmlaka zərər yetirmək, digər insanlara xəsarət yetirmək və qətllərdə ittiham ediliblər. Həmçinin məhkumların yüksək məbləğlər ödəməkdə cərimələniblər.

Xatırladaq ki, Misirin ağır cinayətlər məhkəməsi bir müddət öncə “Müsəlman Qardaşlar”ın 37 üzvü barəsində edam, 491 barəsində isə ömürlük həbs çıxarmışdı. Digər bir mühakimədə isə daha 683 üzv barədə verilən edam hökmü təsdiqlənmək üçün ölkə müftisinə göndərilib.
1920 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber