Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2014

Heroin əvəzinə “poroşok” yandırılır

Arzu Nağıyev: “Bu kimlərinsə işinə alçaqcasına yanaşmasının nətcəsində baş tuta bilən məsələdir”

Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, ekspert Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, belə bir faktın varlığı çox ciddi mətləblərdən xəbər verir. A.Nağıyev qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin məhvi prosesi haqda bunları söylədi: “Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Gömrük Komitəsi və digər qurumların əməkdaşları narkotik vasitə tuturlarsa fakt üzrə cinayət işi başlanır. Həmin narkotik vasitə ekspertizaya təqdim olunur. Ekspert tutulan maddənin narkotik olmasını təsdiqləyəndən sonra həmin narkotik vasitə xüsusi olaraq qablaşdırılır, üzərinə möhür və surquç vurulur. Cinayət işi yekunlaşandan sonra həmin narkotik vasitə ekspert rəyi ilə birgə maddi sübut kimi məhkəməyə təqdim olunur. Məhkəmə bitəndən sonra iş üzrə çıxarılan qərarla həmin narkotik vasitə məhv olunması üçün Nazirlər Kabineti yanında olan Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupuna verilir. Həmin işçi qrupa Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin, ictimaiyyətin nümayəndələri daxil olur. Vaxtilə həmin komissiyanın üzvü olmuşam. Həmin vaxt məhvetməyə təqdim olunan narkotik vasitələr aktlaşdırılaraq yandırılıb. Yəni həmin narkotiklərin təkrar dövriyyəyə qaytarılması ağlasığmazdır. Amma bunu Əli Həsənov deyirsə, deməli, bu haqda səhih məlumatı var. Bu ancaq kimlərinsə işinə alçaqcasına yanaşmasının nətcəsində baş tuta bilən məsələdir. Yəni narkotik əvəzinə “poroşok” yandırmaq... Məhvetmə komissiyasının üzvü yandırılan maddənin tərkibini bilməyə bilər. Yəni məhkəmədən göndərilən bükülünün içində ağ təbaşir və ya narkotik olmasını müəyyən etmək çətindir. Bükülünün içinin dəyişdirilməsi məsələsinin hansı qurumda olması ən ciddi şəkildə yoxlanılmalı, bunu edən şəxslər qanunla müəyyən olunmuş ən ağır cəzaya məhkum edilməlidirlər. Bu əməl faktiki olaraq anti-narkotik əməliyyatlarını əhəmiyyətsiz bir şəkil alması deməkdir. Yəni bu əməl anti-narkotik əməliyyatları nəticəsində götürülən narkotiklərin yenidən dövriyyəyə qayıtması deməkdir”. Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Məzahir Əliyev məsələ ilə bağlı danışmaq istəmədi. Bunu işdə olmaması ilə izah etdi və bildirdi ki, həftənin əvvəli sorğumuzu cavablandıracaq. Mövzuya qayıdacağıq. (musavat.com)
1694 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı