Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2014

Donetsk vilayətinin Konstantinovka şəhərində teleqüllə yaxınlığında döyüş gedir.

Ukraynanın Konstantinovka şəhərində gedən döyüşdə etirazçılar qumbaraatanlardan istifadə edir

Bu barədə “Novosti Donbasa” məlumat yayıb. “Konstantinovkada teleqüllə yaxınlığında döyüş gedir. Etirazçılar qumbaraatanlardan istifadə edirlər, yoldan keçən avtomobilləri yandırmağa çalışırlar”, deyə məlumatda bildirilir.

Ukrayna DİN rəhbəri Arsen Avakov Konstantinovkada döyüşün getdiyini təsdiqləyib. Onun sözlərinə görə, döyüş zamanı Milli Qvardiyanın bir neçə əsgəri yaralanıb.

Yerli sakinlərin məlumatına görə, şəhərə hakimiyyət qüvvələrinin desant birləşmələri yeridilib. “Şəhərdə atışma gedir. Teleqüllə artıq siqnal ötürmür. Kabel telekanalları əvvəlki rejimdə fəaliyyət göstərir”, deyə məlumatda bildirilir.

Кonstantinovka.dn.ua saytının məlumatına görə, teleqüllə yaxınlığında hərbçilər iki helikopter vasitəsilə desant olunub, avtomat atəşləri və partlayışlar eşidilir. Şəhərdə mobil rabitədə problemlər müşahidə olunur.

Qeyd edək ki, 80 min əhalisi olan Konstantinovka şəhəri Donetsk və Slavyansk şəhərləri arasında yerləşir. Aprelin sonlarında bir qrup silahlı etirazçı şəhərdə milis şöbəsinin və şəhər şurasının binasını ələ keçirib./apa/
1523 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 23:39
Bəşər Ə