Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2014

Luqanskda da etirazlar davam edir

Luqanskda silahlı etirazçılar hərbi komissarlığa və hərbi hissəyə hücum ediblər

Əllərində Rusiya bayrağı olan hərbi geyimli silahlılar ötən gün axşam saatlarında Luqanskda hərbi komissarlığın binasını ələ keçirməyə cəhd ediblər.

“UNİAN”nın verdiyi xəbərə görə, etirazçılar “Molotov kokteyl”indən və avtomat silahdan istifadə ediblər.
Hərbi komissarlığın binasında olan hərbçilər etirazçıların hücumunu dəf edə bilib. DİN atışma nəticəsində 1 hərbçinin yaralandığını bildirib.

Qeyd edək ki, ötən gün “Cənub-Şərqin Ordusu” adlı Rusiya yönümlü qanunsuz silahlı qruplaşma Luqansk vilayəti ərazisində fövqəladə vəziyyət və komendant saatı elan edib.

Xatırladaq ki, ötən gün axşam saatlarında silahlı etirazçılar Luqanskda Ukrayna DİN Daxili Qoşunlarının 3035 saylı alayına hücum ediblər.

Luqansk vilayəti üzrə DİN İdarəsinin məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidmətinin yerli idarəsinin binasını ələ keçirmiş silahlılar hərbi hissəyə işıq-səs qumbaraları atır və avtomat silahdan istifadə ediblər.
915 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber