Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2014

Türkiyə ilə İraq sərhəddində gərginlik: 4 yaralı

Türkiyənin Hakkari vilayətinin İraqla sərhədində əsgərlərlə bir qrup qaçaqmalçılar arasında gərginlik baş verib.

Qarşıdurma zamanı hər iki tərəfdən xəsarət alanlar olub. Nəticədə 1 əsgər və 4 mülki vətəndaş yaralanıb.

İraqdan geri dönən 4 mülki şəxs əsgərlər tərəfindən saxlanılıb. Bundan sonra hər iki tərəfdə gərgin anlar yaşanıb. Bölgə əhalisinin sərhədə gəlməsi gərginliyi daha da artırıb.

Hadisə nəticəsində yaralananlar Şəmdinli Dövlət Xəstəxanasına aparılıb, yaralı əsgər isə Hakkari Hərbi Xəstəxanasına yerləşdirilib
1428 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27