Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2014

Terror təşkilatı Azərbaycanı hədəfə aldı

İŞİD şiə camaatının «kafir» olduğunu elan edib və onlara qarşı «cihad»ı «savab» sayıb

Suriyada döyüşən vəhhabilərin yaratdıqları İraq Şam İslam Dövləti (İŞİD) adlı təşkilat Bəşər Əsəd qarşısında aciz qaldıqdan sonra özlərinə yeni hədəflər seçiblər. Radikal vəhhabilərdən təşkil olunmuş bu dəstənin yeni hədəfi şiə dövlətləridir.

Məlumatda deyilir ki, İŞİD rəhbərliyi hətta bu məsələdə irəli gedərək, «fətva» da verib. Həmin «fətva»da şiələr «kafir» hesab edilməklə yanaşı, onlara qarşı «cihad» da «savab» kimi təqdim olunub. Suriya ilə «haqq hesabları»nı bitirdikdən sonra bu «fətva»nın icrasına başlayacaqları da verilən məlumatlar sırasındadır.

Qeyd edək ki, dünyada iki şiə dövləti mövcuddur. Onlardan biri İrandır, digəri isə Azərbaycan./polotika/
1726 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber