Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2014

Vitse - admiralla bağlı sensasion faktlar

Vitse - admiralla bağlı sensasion faktlarBəxtiyar Məmmədov Hərbi Dəniz Qüvvələrində milyonların necə oğurlanmasının xəritəsini çəkdi

Hərbi-Dəniz Qüvvələrinin sabiq komandiri, vitse-admiral Şahin Sultanovun şikayəti əsasında edilən “İnamla hüquq” MMC-nin direktoru, hüquq müdafiəçisi, vicdan məhbusu Bəxtiyar Məmmədov məhbəsdən redaksiyamıza məktub yollayıb. Məktubu təqdim etməzdən əvvəl qeyd edək ki, 2011-ci ildə B.Məmmədovu həbs etdirən Ş.Sultanov da artıq həbsdədir.

Şahin Sultanov hərbçilərin ev pullarını mənimsəyib

“Azvirt” şirkəti ilə pulun alınması barədə aktda şirkət rəsmisi Nəsibli İsa Ziyəddin oğlunun, hərbi hissə tərəfdən isə maliyyə xidmət rəisi Şirvanov Mahir Məhərrəm oğlunun imzaları var və akt ikitərəfli şəkildə möhürlə tədiqlənib. Aktda şirkətin guya humanistlik göstərərək(?) 29 ailəyə 290 min manat pul vəsaitinin 600 saylı hərbi hissəyə verildiyi təsdiq olunur. Eyni faktı “Azvirt” şirkəti MN-nin Hüquq İdarəsinin rəisi Rauf Kişiyevə 15 noyabr 2011-ci ildə ünvanladığı 590/11 saylı məktubu ilə təsdiqləyir və məktubun surətinin əsli ilə düzgünlüyünü hərbi hissənin hüquqşünası Rauf Zeynalov öz imzası ilə təsdiq edir. İndi necə olur: - həmin paylama cədvəlinin surəti tələb olunanda vəkillərimin sorğusuna yazılı şəkildə cavab verirlər ki, bəs 290 min manatı biz paylamamışıq, cədvəl də bizdə yoxdur. Maraqlıdır, bəs kim paylayıb? Başqa planetdən gəlmişdilər? Özünüz təsdiqlədiyiniz aktı bu günədək hamının gözünə soxurdunuz, indi imzalarınızdan, möhürünüzdən imtina edirsiniz? Özünüz hər yerə cavab məktublarında yazırdınız ki, hər ailəyə 10 min manat yardım etmişik. Bəs cədvəl hanı? Cədvəlin gizlədilməsinin səbəbi isə aydındır.

10 min manatı almış 25 sakini də gizlədəcəksiniz?

Şahin Sultanov öz zabitini göndərib, qanunsuz şəkildə aidiyyəti olmayan podratçı şirkətdən mənbəyi məlum olmayan pulları alıb, halbuki ölkədə bütün evləri dövlət ehtiyacı üçün alınan sakinlərə hər kvadrat metrə 1500 manat ödənilir və bu pulu torpağı alan orqan sakinlərin bank hesabına ödəyir, hərbi hissə yox. Şahin Sultanov bu prosesə şəxsi tamahkarlıq məqsədi ilə qanunsuz şəkildə qoşulub və hərbçilərin ev pularını mənimsəyib. Pul vəsaitləri bank hesabına köçürülməyib, əlbəəl paylanıb. Şirkətdən pulu gətirib kassaya mədaxil etməyiblər, pul kitabına işləməyiblər, pul paylanandan sonra yerdə qalmış 30 min manatı hara xərcləyiblər, kimə veriblər bilinmir, çünki 3 sakin 10 min manatı almaqdan imtina etmişdi. Badamdar qəsəbəsində daimi yaşayan və qeydiyyatda olan Elxan Hacıyevin də adını bu cədvələ yazıb 10 min manat da qanunsuz şəkildə ona ödəyiblər! İndi görürlər ki, cədvəl meydana çıxsa çoxsaylı suallar yaranacaq. Ona görə də cavab verirlər ki, cədvəl yoxdur, vəssalam. 25 ailənin başına hava gəlmişdi evlərini tərk edib gedirdilər? Onlara təzyiq altında - sizi döyüş bölgəsinə göndərəcəyik, sizə cinayət işi açacağıq və s. bu kimi təhdidlərlə 10 min manat paylanmışdı və onlar da məcbur olub getmişdilər. Təkcə elə bu fakt üzrə çoxsaylı suallar yarandığından cədvəli gizləməklə məsələni bitmiş hesab edirlər. İmza atıb 10 min manatı almış 25 sakini də gizlədəcəksiniz? Yaxud imza atmayıb 10 min manatdan imtina etmiş 3 sakini də gizlədəcəksiniz? Onlar ki, canlı şahiddir.

2 milyon manat isə gəmilər Bermud üçbucağında qeyb olan kimi yoxa çıxıb!

Maraqlıdır, Rauf Kişiyevin bu işlərdə marağı nədir? Çünki pul cədvəli onun göstərişi ilə gizlədilir. Ş.Sultanov pulu paylatdırıb qoy cavab versin, Rauf Kişiyevə nə düşüb onun cinayətlərini ört-basdır edir? 3 ildir bu şəxs ən müxtəlif bəhanələrlə sənədlərin təqdim edilməsindən imtina edir. Hər dəfə müraciətlərə ayrı-ayrı məzmunlu cavablar verərək məktubları başından edərək məsələni bağlamaq istəyir. Alınmayacaq Rauf Kişiyev. Bəsdir Şahin Sultanovun cinayət əməllərini ört-basdır etdiniz. Artıq onunla ən yaxın təmasda olmuş qara əməllər üzrə “dostu” Elxan Hacıyev hər şeyi etiraf edib və mənimsəmə cinayətlərini Ş.Sultanovla birgə törətdiklərini boynuna alıb. Sizin mövqeyiniz isə başa düşülmür: tabeçiliyinizdə istintaq şöbəsi, təhqiqat bölmələri var. Niyə 2011-ci ildə ölkə tarixi üçün ən biabırçı və dəhşətli cinayəti-hərbçilərin mənzillərinin faktiki olaraq satılması faktını bildiyiniz vaxtda cinayət işi başlayıb Şahin Sultanovun məsuliyyətə cəlb olunmasını tələb etmirdiniz? Bu sizin birbaşa vəzifə borcunuz idi. Marağınız nə idi bu işlərdə?

Bu hələ 290 min manatla bağlı yaşananlardır, hərbçilərə plana düşmüş mənzilləri əvəzində ödəniləsi 2 milyon manat isə gəmilər Bermud üçbucağında qeyb olan kimi yoxa çıxıb... Halbuki Şahin Sultanovun fırıldaqçı dostu hazırda həbsdə olan Elxan Hacıyev bu pulu Sultanovla birgə aldıqlarını Ağır Cinayətlər Məhkəməsində sərbəst ifadəsində etiraf etmişdi".

Haqq-ədalət deyilən uca məfhum, nəhayət ki, qalib gəldi

B.Məmmədov prezidentə, baş prokurora, hərbi prokurora müraciət edərək Şahin Sultanovun cinayət əməllərini ört-basdır edən Rauf Kişiyev barəsində araşdırmalar başlanılmasını və məsuliyyətə cəlb olunmasını xahiş edir:

“Məni şərləyərək tutdurmuş Şahin Sultanovun özü artıq həbs olunub və haqq-ədalət deyilən uca məfhum nəhayət ki, qalib gəldi. Yalançı şahid Hacıyev Elxan Ənvər oğlu özünün də etiraf etdiyi kimi Şahin Sultanovla birgə dövlətin ayırdığı kompensasiyanı mənimsəyiblər və faktiki olaraq onlar cinayət ortağıdırlar. Artıq bu şəxs dövlət əmlakını mənimsəmə, rüşvət alma kimi çoxsaylı cinayətlərdə təqsirli bilinərək həbs olunub. Yalançı şahid Elçin Sultanov Şahin Sultanovun doğma əmisi oğludur və onun ümumiyyətlə bu işdə şahidlik etməsi qanunaziddir. Digər tərəfdən son zamanlar mətbuatda bu şəxsin də Şahin Sultanovun xeyir-duası ilə uzun illər ərzində hərbi hissənin ərzaq anbarını talan etməsi, ərzaq məhsullarını şəhərin müxtəlif marketlərində satdırması barədə materiallar dərc olunub. Yalançı şahid Rauf Zeynalov Şahin Sultanovu məhkəmələrdə hüquqi nümayəndə kimi təmsil etdiyindən onun bu işdə şahidlik etməsi qanunsuzluqdur. İbtidai istintaqda ifadə verərkən Rauf Zeynalov bu faktı müstəntiqdən gizlətmiş, müstəntiq Ziya Əliyev isə bu faktı biləndən sonra belə Rauf Zeynalovdan şahid qismində ifadə alaraq işə tikib və beləliklə də Şahin Sultanovun sifarişini yerinə yetirib. Hərbi hissənin zabit hüquq məsləhətçisi olduğu halda törətdiyi çoxsaylı qanunsuzluqlara və Şahin Sultanovun cinayət əməllərini ört-basdır etdiyinə görə yalançı şahid Rauf Zeynalov başqa hərbi hissəyə aşağı vəzifəyə keçirilib! Bu adamın hələ kursant ikən öz xidmət yoldaşını bıçaqlamasına dair məlumatlar dolaşır. Görəsən cinayət törətmiş bir adam hansı yollarla hüquqşünas diplomu və zabit rütbəsi alıb? Əgər bu şəxs vaxtında ifşa olunaraq layiqli cəzasına çatsaydı bu gün günahsız insanları şərləməzdi, ”Şahin Sultanovun oğru qruplaşmasının vəkili" rolunda çoxsaylı cinayətləri ört-basdır etməzdi.

Yalançı şahid Natiq Əsgərov isə özünün savadsızlığı və qorxaqlığı ucbatından Şahin Sultanovun qanunsuz əmrlərinə tabe olaraq sifarişlə üzə durub. Bu şəxsin də uzun illər ərzində Şahin Sultanovun gizli qruplaşmasına daxil olaraq saxta sənədlərə imza atması, tabeçiliyində xidmət edən şəxslərə qarşı tapşırıqla təzyiqlər həyata keçirməsi, nizamnamədənkənar hərəkətlər etməsi, xidmət etdiyi yerdə əxalqsızlıq etməsi kimi məlumatlar var.

Hazırda hərbi prokurorluq 600 saylı hərbi hissədə maliyyə təsərrüfat fəaliyyətini yoxlayır və Şahin Sultanovun və onun yalançı şahidlərinin çoxsaylı cinayət əməllərinin törədilməsi aşkarlanıb və fakt üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanaraq ağır cinayətlər idarəsində istintaq edilir. Bütün bunlar bir daha təsdiq edir ki, Şahin Sultanovun doğma əmisi oğlu və tabeçiliyndə xidmət edən əlaltıları mənə qarşı yalançı şahidlik ediblər və onların ifadələri sırf sifariş xarakteri daşıyaraq törətdikləri cinayət əməllərini ört-basdır etməyə hesablanmış şər-böhtandan başqa bir şey deyil. Şahin Sultanovun özünə şahid tutduğu şəxslər bu və ya başqa şəkildə onun 600 saylı hərbi hissədə yaratdığı qanunsuz cinayətkar qrupun üzvü olublar və uzun illər ərzində çoxsaylı cinayətlər törədiblər. Şahin Sultanovun Səfər Əbiyevlə yaxın münasibətlərdən istifadə edərək “kod 555" adı ilə tanınan fırıldaqçı dostu Elxan Hacıyevlə birgə xarici ölkələrə hərbi gəmilər vasitəsilə qaçaqmalçılıq yolu ilə gəmi avadanlıqlarını satması, qanunsuz metal satışı, hərbi obyektləri, onların altındakı torpaqları balansdan silərək öz adlarına saxta sənədlər əldə etməsi, Bakıda, Abşeron yarımadasının müxtəlif yerlərində, Qubada, Qusarda, Şəkidə, Türkiyədə villalar alması, hissənin əsgər və işçilərini bu villarada qanunsuz işlətmələri, işçiləri rüşvətlə vəzifələrə təyin etmələri, hərbi qulluqçulara qarşı qanunsuz hərəkətlər edilməsi, zabitlərin məhkəmə qərarı olmadan məcburi şəkildə evlərindən çıxarılması, saxta sənədlərlə guya İsraildən korroziya əleyhinə boya alınması üçün milyonlarla dövlət vəsaitinin mənimsənilməsi və s. kimi saysız - hesabsız cinayətləri barədə KİV-də dəfələrlə materiallar dərc olunub.

Bütün bunlar bir daha təsdiq edir ki, mən sifarişli şəkildə həbs olunmuşam, hazırda günahsız olaraq azadlıqdan məhrum olunmuşam və son həbslərdən, o cümlədən Şahin Sultanovun özünün külli-miqdarda mənimsəmə ittihamı ilə həbsindən sonra onun barəsində yazdıqlarım tam şəkildə sübuta yetirilir və günahsızlığım isbat olunmuş olur. Belə olduğu təqdirdə ölkə başçısı cənab İlham Əliyevdən və əlaqədar dövlət qurumlarından dərhal və qeyd şərtsiz azad olunmağımı, Baş Prokurorluqdan isə həm də məni şərləyərək tutdurmiş və hələ də azadlıqda olan yalançı şahidlər: Elçin Sultanovun, Natiq Əsgərovun və Rauf Zeynalovun barəsində həbs-qətimkan tədbiri seçilərək məsiliyyətə cəlb olunmalarını xahiş edirəm".
1667 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44