Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2014

04 mayda gözlənilən hava şəraiti

Bu gün Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında havanın tutulacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər yağışın tədricən kəsiləcəyi, havanın gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-15, gündüz 20-24 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 4-də Azərbaycanın bölgələrinin bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 11-16, gündüz 22-28, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti proqnozlaşdırılır.
2021 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25