Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2014

Bakıda "Kamaz" əsgərləri aparan maşını əzdi

Bakı-Şamaxı yolunda ağır avtomobil qəzası baş verib. Müşfiqabad qəsəbəsinin yaxınlığında "KamAz" markalı yük avtomobili ilə "Mersedes" markalı minik avtomobili toqquşub.

Şahidlərin bildirdiklərinə görə, minik maşınında 4 əsgər olub. Qəza zamanı əsgərlərdən bir neçəsi ağır bədən xəsarətləri alıblar. Onların yaxınlıqdakı xəstəxanaya aparıldıqları barədə hadisə şahidləri məlumat veriblər.

Qəza zamanı "Mersedes"in tanımaz hala düşdüyü bildirilir. Hadisə yerinə polislər və təcili tibbi yardım maşınları gəliblər. Qəzanın baş vermə səbəbləri araşdırılır.
1798 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP