Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2014

Bakıda 34 yaşlı qadın özünü dənizə atdı

Bu gün Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Bulvarın ərazisində 1 nəfərin dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 750 m məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Nazirliyin saytında yer alan məlumata görə, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:00-da başa çatıb.

Səbail rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, özünü dənizə atan şəxs 1980-ci il təvəllüdlü qadındır. Ağır vəziyyətdə sudan çıxarılan qadının adının Solmaz olduğu bildirilir. O, təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb.

34 yaşlı qadının özünü hansı səbəbdən dənizə atması ələlik məlum deyil.
1814 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:09
05