Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

"Prezidentliyə namizədimiz Rəcəb Tayyip Ərdoğan olacaq”

Bülənt Arınc: "Prezidentliyə namizədimiz Rəcəb Tayyip Ərdoğan olacaq”

"Prezidentliyə namizədimizin yüz faiz Rəcəb Tayyip Ərdoğan olduğunu bilir və buna inanırıq.

Bu məsələ ilə bağlı fərqli fikir söyləyən bir neçə nəfər ola bilər, onların da özlərinə görə mülahizələri var. Amma bu vəzifəyə 12 il sonra yüz faiz haqqı çatan, başımızı göylərə dəydirəcək qədər böyük uğurların sahibi olan bir insanın artıq Türkiyədə ilk dəfə xalqın səsiylə seçilən Prezident olmasını hamımız arzu edirik”.

Anadolu Agentliyinin verdiyi xəbərə görə, bunu bu gün Türkiyə baş nazirinin müavini Bülənt Arınc ölkəsində prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədinin kim olacağı ilə bağlı danışarkən deyib.

Arınc bildirib ki, “media da, xalq da bilir ki, AKP-nin namizədi kim olsa, o da prezident seçiləcək”: “Bu məsələdə heç bir tərəddüd və narahatlıq yoxdur”.

Müxalifət partiyalarının üzvlərindən də səs alacaqlarını deyən B. Arınc bildirib ki, onun təxminlərinə görə, MHP elektoratının üçdə biri, CHP elektoratının isə 20 faizi prezident seçkilərində AKP-nin namizədini dəstəkləyəcək.
1388 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...