Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

Rauf Mirqədirovun Ankaradakı mənzilində axtarış aparılıb

Bu gün günorta jurnalist Rauf Mirqədirovun Ankaradakı mənzilində türk xüsusi xidmət orqanları tərəfindən axtarış aparılıb. Məhbus jurnalistin həyat yoldaşı və uşaqları hələ də həmin mənzildə yaşayır.

Bu haqda “Turan”ın müxbirinə R.Mirqədirovun həyat yoldaşı Adilə Babaxanova məlumat verib. Onun sözlərinə görə, evlərinə gələn 11 xəfiyyə Azərbaycan hakimiyyətindən aldıqları sorğu əsasında axtarış apardıqlarını bildiriblər.

A.Babaxanova deyib ki, xüsusi xidmət orqanlarının əməkdaşları onların mənzilindən bir neçə sənəd, elektron vasitələr, o cümlədən jurnalistin planşetini götürüblər.

Bundan sonra Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşı da jurnalistin mənzilinə gəlib və onun həyat yoldaşını ərinin fəaliyyəti ilə bağlı sorğu-sual edib.

Yada salaq ki, “Ayna-Zerkalo” qəzetinin icmalçısı R.Mirqədirov şərlənərək Ermənistanın xeyrinə casusluqda ittiham olunaraq aprelin 19-da Türkiyədən deportasiya olunub. O, Bakıya uçarkən elə Binə aeroportundaca həbs edilib. Hazırda MTN-in təcridxanasında saxlanılır. Onun həyat yoldaşı və iki uşağı isə hələ də Türkiyədədir. Bu ailə 3 ildir ki, qonşu ölkədə yaşayır.
1370 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber