Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

Azərbaycanda güclü dolu yağıb

Mayın 4-də Göyçay, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarına güclü dolu düşüb.

Saat 22.00 radələrində başlayan və təqribən 20 dəqiqə davam edən dolu təsərrüfata- meyvə ağacları və taxıl sahələrinə ziyan vurub.

Dolu dənələrinin böyük olması səbəbindən evlər və sosial obyektlərin dam örtüyü, habelə avtomobillər də müəyyən ziyan görüb.

Rayonların enerji təsərrüfatında da problemlər yaranıb, bəzi yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı dayanıb.

Dolunun vurduğu ziyanın həcmi hələlik məlum deyil.

Yerli sakinlər belə dolu yağışının uzun illərdir, müşahidə olunmadığını bildirirlər.
1669 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...