Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

Tağı Əhmədovun 1000 "ölü can"ı üzə çıxdı

Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun qara günləri başlamaq üzrədir.

Bir neçə gün əvvəl metropolitenin yeni rəisi geniş müşavirə keçirib və orada maraqlı açıqlamalar verib. Məlum olub ki, Tağı Əhmədovun rəhbərlik etdiyi dövrdə metropolitendə 1000 nəfərə qədər “ölü can” saxlanılıb və onların hamısının adına maaş yazılırmış. Məlum olub ki, bu “ölü can”ların arasında sözün həqiqi mənasında rəhmətə gedən adamlar da olub.

Daha bir maraqlı fakt ondan ibarətdir ki, Tağı Əhmədovun birinci müavini vəzifəsini onun qaynı, müavini vəzifəsini isə bacısı oğlu idarə edib. Metropoliten sistemində Tağı Əhmədovun qohumlarının həddi-hüdudu isə yoxdur və bu sistem onun ailə biznesinə çevrilibmiş.

Məlumatı verən qaynaq "Azadlıq" qəzetinə bildirib ki, indi Tağı Əhmədov barəsində cinayət işi qaldırılmır, hələlik, onun əmlakının siyahısı tutulur. Əgər ondan tələb olunanları könüllü təqdim edəcəksə, yəqin ki, heç bir cinayət işi də olmayacaq. Böyük ehtimalla, Tağı Əhmədov Metropoliten rəisi təyin edildiyi günə qədərki əmlakla başbaşa buraxılacaq, yerdə qalan bütün mal və mülkün isə üzərinə əl qoyulacaq.
1619 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP