Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

Nurçuların 4 önəmli şəxsi həbs olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovu vəzifədən azad etməklə dövlət başçısı Azərbaycanın dünyəvi dövlət olaraq idarə edilməsinə hansısa, ruhani ton əlavə edənlərlə başladığı mübarizənin bitmədiyinə işarə vurdu. Buna qədər Elşad İsgəndərov bəzi kütləvi-informasiya vasitələrində nurçuların və digər qeyri-ənənəvi təriqətlərinin dövlət səviyyəsində himayəsinin rəmzlərindən biri kimi təqdim olunurdu. Əlbəttə son bir neçə ayda çox dəstəmaz suyu axıb və bu baxımdan yəqin ki, bəzilərinin yadından çıxıb ki, Azərbycanda dini zəmində baş verən təhlükəli tendensiyalara ilk dəfə məhz ans toxunmuşdu.

Ardınca Qafqaz Müsəlmanları İdarəsi ciddi fətva ilə yekunlaşan mötəbər toplantı keçirmişdi. Daha sonra güc strutkturları İslamı siyasiləşdirən, bəzən isə hərbi-siyasi düşərgəyə çevirərək qeyri-qanuni silahlı birləşmələr şəklində Suriyaya döyüşə yollanan şəxs və qruplarla mübarizəyə başladığını elan etdi. Bir müddət əvvəl isə Türkiyədən Suriyaya müharibə mühacirətinə yola düşən iki azərbaycanlının saxlanıldığı üzə çıxdı və bununla da Türkiyə Azərbaycanla münasibətlərini hətta Suriya sərhəddində belə sədaqətlə qoruduğunu göstərdi. Biz xüsusilə indi, regionda baş verən həssas proseslər fonunda dini mühiti diqqət mərkəzində saxlamaqda davam edirik.

Daxili İşlər Nazirliyinin Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının Bakının mərkəzi rayonlarından birində nurçuların böyük bir ocağını tapıb. Liderlərdən 4 nəfər və ya öz təbirlərincə desək mürid saxlanılıb. Özü də bu adamlar sıravi statusda deyillər. Onların dördü də MDB və Azərbaycan üzrə koordinatorlardır. Onlar üçün həbs qəti imkan tədbiri seçilib. Adları bizdə var, amma təxmin etdiyiniz səbəblərdən demirik. Nurçular kifayət qədər mütəşəkkil və çevikdirlər. Təhlükəli məqam isə həm də burasıdır ki, nurçuların məclislərinə məktəb yaşlı uşaqlar, azyaşlılar da cəlb olunur, onlar bu şəkilin ətrafında Nursiyə pərəstiş etməyə öyrədilirlər. 168.2 maddə də elə buna görə tətbiq edilib. Burada qeyd olunduğu kimi muridlər dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan əməllərinə yetkinlik yaşına çatmayanları da cəlb edirmişlər. Bu kadrlar göstərir ki, orta məktəb bir təsisat kimi hələ böyük boşluqlar buraxır və bu azyaşlılar asanlıqla o boşluqlara yuvarlanırlar. Adi yaşayış evini dərshaneyə çevirən bu şəxslər evlərinə getmək imkanı olmayanların qalması üçün ibadət yerlərində şərait yaradılıb. Özlərini, canlarını və mallarını Allahın yerdə təmsilçisinin - müridinin xidmətinə, öz dillərilə desək hizmətə həsr edən nurçuların ibadətlərində elə nüanslar var ki, bu xristianlardan plagiata oxşayır. Bizcə elə ən təhlükəlisi də budur. Nurçular orduda xidmət etməyin əleyhinədirlər. Onlar bunu öz imanlarına zidd sayırlar. Nurçuların ikinci bizə görə zərərli xüsusiyyəti onların ailə qurmağa neqativ yanaşmasıdır. Hər iki hal dünyəvi dövlət olan Azərbycana yaramır. Əvvəla müharibə vəziyyətində olan ölkəyə yəqin ki, hansısa əfəndiyə yox, hərbə və hərbi and içən gənclər lazımdır. İkincisi isə dövlət əhalinin sayının artırılması istiqamətində proqramlar hazırlayır, demoqrafik vəziyyətin yaxşılaşdırılması prioritetdir. Nurçuların ən böyük zərəri də elə budur. Yəni əkməsən qorumağa, qorumasan əkməyə dəyməz.
1408 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı