Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

Etirazçılar Odessa polis idarəsinə basqın etdi

Rusiya tərəfdarları Ukraynanın Odessa şəhərində polis idarəsinə basqın ediblər.

İki gün əvvəl 40 nəfərin ölümü ilə bağlı çoxsaylı həbslərə görə polis idarəsinə basqın edilib.

Rusiya tərəfdarları əvvəlcə polis idarəsinin qarşısında toplanıblar və saxlanılanların sərbəst buraxılmalarını tələb ediblər.

Tələbləri yerinə yetirilməyən rusiyameyilli qüvvələr binaya hücum ediblər. Pəncərə və qapıları qıraraq içəri daxil olublar.

Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Odessa polisi 67 nəfəri sərbəst buraxıb.

Ukraynanın Baş naziri Arseni Yasenyuk isə Odessa təhlükəsizlik qüvvələrini hadisələrin qarşısını almadıqları üçün tənqid edib.

Yasenyuk həmçinin Odessadakı polis rəhbərlərinin vəzifədən kənarlaşdırılacağını və hadisələrlə əlaqəsi olan polislər haqqında istintaq başlayacağını bildirib.
1392 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber