Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

İtən təyyarə ilə bağlı xəbər var: 11 terrorçu saxlanıldı

Malaziya Hava Yolları təyyarəsinin itkin düşməsi ilə bağlı Əl-Qaidəyə bağlı 11 terrorçu saxlanılıb.

Şübhəlilər Kuala-Lumpur və Kədah əyalətlərində həbs edilib. Malaziya polisi FBİ və Mİ-6 təşkilatlarından gələn tələblə əməliyyat keçirib.


Əl-Qaidəyə bağlı 11 nəfərlik terrorçu qrupun itən təyyarə ilə bağlı ifadəsi alınıb. Bu qrupun müsəlman ölkələrindən birinə bombalı hücum hazırlığı gördüyü müəyyən olunub.

Səlahiyyətli nümayəndələr itən təyyarənin havada olarkən terrorçular tərəfindən istiqamətini dəyişdirdiyi ehtimalı üzərində dayanırlar. Bu səbəbdən də bu qrupun itən təyyarə ilə bağlı məlumatlarının olduğu güman edilir.
1341 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber