Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

Oqtay Əsədovun deputatları topa tutmasının sirri

Spiker onunla bağlı hansısa planların cızıldığını düşünür

Milli Məclisin spikeri Oqtay Əsədov deputatlarla bağlı Intizam Komissiyasına xüsusi tapşırıq verib. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, komissiya Milli Məclisin işinə laqeyd yanaşan deputatlar barədə tədbir görməlidir. Bəzi deputatlarla isə Oqtay Əsədov şəxsən danışmaq qərarına gəlib.

Qeyd edək ki, parlamentin son iclasında Oqtay Əsədov deputatları sərt tənqid etmişdi. “Amma ayda iki dəfə keçirilən iclaslarda deputatlar yarım saat gecikir və s. Elə bir az bundan əvvəl səsvermə zamanı gördük ki, yetərsay yoxdur. Bizim başqa nə işimiz var axı? Biz deputat seçiləndə öz üzərimizə öhdəlik götürdük ki, iclaslarda iştirak edəcəyik. Ayda iki dəfə iclasda iştirak etmək nə çətin məsələdir? Bəzən deputatlar deyirlər ki, biz tədbirə gedirik. Nə tədbiri? Hansı tədbir? Milli məclis olan gün iclasdan daha vacib olan tədbir nədir axıb bir dəfə dinmirik, iki dəfə dinmirik. Gedir tədbirə iclasın yarısına gəlirlər, sonra da bir iki çıxış edir , yenidən çıxıb gedirlər...

...Mən bu binada komitə sədrlərindən başqa deputatların 70 faizini kabinetdə görməmişəm. Yaxşı, əgər o kabinetə gəlmirsə, ekspertlərimizə verək gedib otursunlar orada".

Məlumatda daha sonra deyilir ki, Oqtay Əsədovun hiddətlənməsi məsələnin kökündə başqa səbəb axtarması ilə bağlıdır. Bildirilir ki, spiker və yaxın ətrafında belə qənaət formalaşıb ki, deputatların Milli Məclisin işinə biganə yanaşması Oqtay Əsədovun “vurulmasına” hesablanıb. Yəni, xüsusilə ayrı-ayrı oliqarxlara yaxın olan deputatlar Oqtay Əsədovun idarəetmə qabiliyyətinin olmadığı barədə rəy yaratmağa və bununla onun postundan alınmasına nail olmağa çalışırlar. Bundan başqa spiker və yaxınlarında belə ehtimal var ki, baş verənlər də həm də spikerin baş nazir olmaq planını pozmağa yönəlib. Qeyd edək ki, Artur Rəsizadənin postu uğrunda gedən mübarizədə Oqtay Əsədovun adı çoxdan hallanır./azadlıq/
1819 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<