Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

Azad Rəhimov olimpiyanın qurbanı ola bilər

Oliqarxlar gənclər və idman nazirinin rəhbərlik etdiyi sahəyə yatırılacaq iri pullara göz dikib

Gənclər və idman naziri Azad Rəhimov tutduğu vəzifədən azad edilə bilər. Hakimiyyətdaxili mənbələrdən sızan məlumata görə, artıq Azad Rəhimovun “vurulması” iqtidar dəhlizlərində müzakirə mövzusudur. Məlumatda deyilir ki, Azad Rəhimovun yola salınmasının əsas səbəblərindən biri adının “nurçu qalmaqalı”nda hallanmasıdır.

Doğrudur, Azad Rəhimov nurçu olması barədə iddiaları təkzib edib. Hətta nurçuluğun nə olduğunu bilmədiyini söyləyib. Amma oxşar bəyanatı Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanovla, dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Elşad Isgəndərov vermişdi. Onlar da nurçu olmadıqlarını, deyilənlərin birmənalı şəkildə iftira olduğunu bildirmişdilər. Buna baxmayaraq hər ikisi vəzifələrindən azad edildi. Digər tərəfdən Azad Rəhimov hazırda hakimiyyətdəki oliqarxların da hədəfindədir. 2015-ci ildə Azərbaycan Avropa Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək. Bu isə Azad Rəhimovun nəzarət elədiyi sahəyə milyonlarla manat vəsait investisiya qoyulacağı deməkdir. Oliqraxların məqsədi həmin pullara nəzarət etməkdir. Bu məqsədlə də Azad Rəhimovun “vurulması” üçün səylər göstərirlər.

Hesablama Palatasının Gənclər və Idman Nazirliyində apardığı yoxlamaların ictimailəşməsi də bu kampaniyanın tərkib hissəsi hesab edilir. Məlumatda deyilir ki, Azad Rəhimov bunu bildiyindən məsələyə sərt reaksiya vermişdi. O da vurğulanır ki, gənclər və idman naziri barədə mətbuatda başqa kompramat tipli materialların yayımlanacağı gözlənilir./azadlıq/
1480 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 10:24