Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

İdman yaddaşı artırır

İdman yaddaşı artırır Alimlər müntəzəm fiziki yüklənmələrin təkcə əzələlər və ürək fəaliyyətinə deyil, həmçinin beynin işinə əla təsir etdiyini bir daha sübut ediblər

Bir qrup alim FNDC5 zülalının işini öyrənib. Bu zülal idmanla məşğul olarkən əzələlərdə yaranır. Siçanlar üzərində təcrübə aparan mütəxəssislər aşkar ediblər ki, bu zülal tək əzələlərdə deyil, beyində də yaranır.

Təcrübənin sonrakı mərhələsində laboratoriya siçanları hər axşam 5 km qaçırdılar. Bir ay sonra onların göstəricilərini az hərəkət edən gəmiricilərin göstəriciləri ilə müqayisə ediblər. Gözlənildiyi kimi "məşq eləməyən" siçanların çəkisi daha böyük olub, üstəlik, qaçanlarla nisbətdə beyinlərindəki öyrənmə və yaddaşa cavabdeh olan FNDC5 zülalının miqdarı çox az olub. "İdmançı" siçanlarda isə bu zülalın qədəri çox olduğundan beynin göstərilən sahələri də aktiv olub.
1594 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber