Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

Əfqanıstanda 30 taliban üzvü öldürülüb

Sinxua agentliyinin məlumatına görə, Əfqanıstan rəsmiləri son 24 saatda ölkənin müxtəlif yerlərində Taliban yaraqlıları ilə ölkənin güc strukturları arasında baş vermiş qarşıdurmalarda 30 yaraqlının məhv edildiyini bildirmişlər.
Nur-az.com-un Mehr İnformasiya Agentliyinə istinadlı məlumatına əsasən, Əfqanıstan təhlükəsizlik qüvvələri 9 əyalətdə bir neçə əməliyyat keçirmişlər. Həlak olanlardan əlavə 2 yaraqlı yaralanmış və 3 nəfər həbs edilmişdir.
Əfqanıstan təhlükəsizlik qüvvələri yaz fəsli başlayandan özlərinin təmizləmə əməliyyatlarının sayını artırmışlar. Halbuki, Taliban hələ də bu əməliyyatlara reaksiya verməyib.
1542 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12