Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

Bəhreyn inqilabçısının özünə məxsus silahı – Foto

Nur-az.com-un ABNA-ya istinadlı məlumatına əsasən, Ali-Xəlifə rejiminin muzdurları 3 il ərzində Bəhreyn xalqının etirazlarını yatırmaq üçün müxtəlif odlu və qeyri-qanuni silahlardan istifadə etmişlər. Digər tərəfdən isə, etirazçılara qarşı istifadə edilməsinə icazə verilmiş sursatları qeyri-qanuni formada işlətmişlər.
Livanın əl-Xəbər Press qəzeti məlumat verib ki; Bəhreyn şiələri Ali-Xəlifə rejiminin sünni-şiə arasında təfriqə salmaq addımlarına cavab olaraq, əl-Vəfa İslam Cərəyanının dəvətilə əllərində güllə sünni məscidlərinə getdilər. Onlar dinc etiraz aksiyasında Ali-Xəlifənin güc strukturlarına qarşı da bu yoldan istifadə etdilər.
Sosial şəbəkələr bir bəhreynli inqilabçının fotolarını yayımladılar. Bəhreyn inqilabçısı indiyə qədər 125 nəfəri öldürmüş Ali-Xəlifə muzdurlarına 3 gülü silah kimi tuşlamışdı.
Əl-Xəbər Press Bəhreyndəki böhranlı vəziyyətə işarə edərək istehza ilə yazmışdır: Hakim rejim 3 ildə etirazçı qruplarla müzakirə qapısını bağlamayıb. Dinc etirazların başladığı ilk gündən, hakim rejim dialoq üçün müxtəlif üsullardan istifadə etmişdir. Bunlara misal olaraq, həbslər, işkəncələr, gözyaşardıcı qazlar və odlu silahları misal göstərmək olar. Rejimin istəyi xalqın azacıq təbii hüquqlarını da istəməyib sakit qalmasıdır.


1682 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:16