Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

Avstriyalı qızlar “cihad nikahı”nda

Avstriya vətəndaşı olan iki qız evlərində “Biz cihad üçün Suriyaya getdik” yazılmış kağız qoyaraq evdən qaçmışlar. Onların hazırda Türkiyədə olduğu bildirilir.
Nur-az.com-un ABNA-ya istinadlı məlumatına görə, Samra Kizonoviç (16 yaş) və Sabina Silmoviç (15 yaş) əslən Bosniyadandırlar. Onlar öz ailələri ilə birgə Avstriyanın paytaxtında yaşayırdılar və aprel ayının 10-u itkin düşmüşlər.
Ötən həftələrdə bu iki qızın əlində silahla fotoları KİV-də yayımlandı. Lakin indi onlar öz ailələrilə əlaqə saxlayaraq İstanbulda olduqlarını bildirmişlər. Söhbət zamanı sağ-salamat olduqlarını da bildirmişlər.
Avstirya DİN-nin sözçüsü bu məlumatı verərək bildirib ki; Türkiyə polisi və İnterpoldan bu iki qızın tapılması üçün kömək istədiklərini bildirmişlər.
Bu iki qız Suriyaya gedərkən əvvəlcə Ankaraya getmiş və oradan məlum olmayan yerə aparılmışlar.


1675 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP