Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

Suriya məhkəməsi üç şəxsin namizədliyini qəbul edib

Suriya məhkəməsi Bəşər Əsəddən əlavə yalnız iki şəxsin namizədliyini qəbul edib

Suriyada iyun ayında keçiriləcək prezident seçkilərində yalnız 3 namizdə iştirak edəcək. İnterAz-ın əl-Məyadinə istinadla verdiyi xəbərə görə, Suriyanın Konstitusiya Məhkəməsi namizədliyini irəli sürmüş 24 vətəndaşdan yalnız 3-nü qəbul edib.

Məlumata görə, Bəşər Əsəddən əlavə namizədliyini verən Mahir əl-Həccar hazırda ölkə daxilindəki müxalifət partiyalarından hesab edilən “Xalqın iradısi” partiyasının baş katibidir. Digər namizəd Həssan Abdulah ən-Nuri isə ölkə parlamentinin deputatı və “Milli iradə və dəyişiklik” siyasi cinahının sədridir.

Bildirək ki, sözügedən namzidələrin sırasında xaricə sığınmış və ya silahlı müxalifəti təmsil edən kimsə yoxdur. Məlumata əsasən, hazırda 24 milyonluq Suriya xalqının minimum 15 milyonu hakimiyyətin nəzarətində olan bölgələrdə yaşayır və ya müvəqqəti məskunlaşıb k,i bu da hakimiyyəti lehinə olan amillərdən hesab ediləcək.
1426 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...