Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

Sərnişin avtobusu qəzaya uğradı: çoxlu sayda xəsarət alan var

Qəza nəticəsində yaralananlardan 6-sı xəstəxanaya yerləşdirilib
Müəllif

Bu gün saat 08:25-də Bakıda daha bir sərnişin avtobusu ağır yol qəzasına uğrayıb.

Sabunçu rayon Polis İdarəsindən verilnə məlumata görə, “Koroğlu” metro stansiyasının yaxınlığında hərəkət edən 160 saylı sərnişin avtobusu qarşıda hərəkət edən “Nissan” markalı avtomobilə çırpılıb. Hadisə yerinə hüquq-mühafizə orqanları, təcili yardım və xilasedicilər cəlb olunub.

Hadisə şahidlərinin verdikləri məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən 10-u yaralanıb. Yaralılardan 6 nəfərin xəsarəti ağır olduğu üçün onları xəstəxanaya aparıblar.

Xəstəxanaya Mehmet Yusif, Mustafa Ramazanov, Engin Şenor, Vüqar Məhərrəmov, Firuz Bayramov, Mirzə Rzayevin vəziyyətlərinin orta-ağır olduğu bildirilir./ans/
1295 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<