Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

Dünya ordularında hərbi xidmətin müddətləri

Dünya ordularında hərbi xidmətin müddətləriÖlkələr arasında xidmət müddəti 3 ay olanlar da var, 4 il də

Hərbi ekspertlər zaman-zaman hərbi xidmət müddətinin azaldılmasının tərəfdarı olduqlarını bildiriblər. Bu müddətin və hərbi xidmətə çağırışın vaxtının uzadılması barədə dəfələrlə müzakirələr də gedib.

1-ci Qarabağ savaşı ərəfəsində Azərbaycanda hərbi xidmət müddəti 2 il olsa da, atəşkəsdən sonra vətəndaşların ordudan tərxis edilməsi müharibə şəraiti nəzərə alınmaqla bir neçə il ləngidi. Bu səbəbdən 1991-ci və 1992-ci illərdə hərbi xidmətə başlayan insanlar 1996-cı illərin sonlarından ordudan ehtiyata buraxılmağa başladılar. Atəşkəsdən sonra, 1999-cu ilə qədər həqiqi hərbi xidmət 2 il, ali təhsillilər üçün 18 ay olduğu halda, 1999-cu ildən ümumi hərbi xidmət 18 aya, ali təhsillilər üçünsə 12 aya endirildi. Azərbaycanda hərbi xidmət məcburidir.

Maraqlıdır, görəsən hərbi xidmət müddəti az və həddindən artıq çox olan ölkələr hansılardır? Bunu öyrənmək üçün kiçik bir araşdırma apardıq.

Öncə onu qeyd edək ki, ilk dəfə məcburi hərbi xidmət qədim Misirdə tətbiq olunub. Bir çox ölkələrdə bu hələ də mövcuddur. Bəzi ölkələrdə ordunun müxtəlif növlərində hətta 10 illik hərbi xidmət mövcuddur.

Almaniyada məcburi hərbi xidmət hələ də qüvvədədir. Almaniya I Dünya müharibəsində məcburi hərbi xidmət tətbiq etdi və böyük bir ordu qurdu. Bu ölkədə hərbi xidmət kişilər üçün 6 aydır. Qadınlar da könüllü olaraq əsgərlik edə bilər.

Yunanıstanda isə kişilər üçün 2009-cu ildən 9 ay məcburi hərbi xidmət tətbiq olunur. Yunan ordusunda qadınlar da maaşlı işçi olaraq xidmət edə bilər. Amma bu məcburi deyil. Yunanıstanda peşəkar orduda xidmət edən hərbçilərin maaşı 800 avrodur.
Avstriyada 18-35 yaş arası kişilər üçün 6 ay əsgərlik məcburidir. Əsgərlik etmək istəməyənlər isə 9 ay ictimai işlərdə çalışa bilərlər.

Braziliyada da məcburi hərbi xidmət sistemi tətbiq olunur. Hərbi xidmət müddəti 12 aydır. Bu müddət 18 aya qədər uzadıla bilər. Ancaq hansı hallarda bunun edilməsi naməlumdur. Alternativ xidmətin müddəti normal hərbi xidmətdə olduğu kimi 12 aydır.
Norveçdə hərbi xidmət müddəti 12 aydır və burada da məcburi hərbi xidmət sistemi tətbiq olunur.

Qonşu Gürcüstanda xidmət müddəti 18 aydır. Alternativ xidmət üçün 36 ay nəzərdə tutulub. Burada da hazırda hərbi xidmət məcburidir. Ordunun NATO standartlarına uyğun qurulması üçün işlər görülür. Məcburi xidmətin ləğv edilməsi nəzərdə tutulur. Peşəkar heyət sayının artırılaraq ümumi sayın 2/3 səviyyəsinə gətirilməsi planlaşdırılır.
Danimarkada xidmət müddəti rütbəyə və ordu növünə görə 3 ay ilə 14 ay arasında dəyişir (Orta hesabla müddət 9 aydır).

Estoniyada məcburi hərbi xidmət sistemi tətbiq olunur. Əsgərlik müddəti 8 aydır. Məmurlar və bəzi xüsusi vəzifəlilər üçün isə 11 aydır. 1991-ci ildə qəbul olunan qərara görə, hərbi xidmət keçmək istəməyənlər 16 aylıq alternativ xidmətlərdə çalışa bilərlər.
Finlandiyada isə xidmət müddəti ordu növünə və rütbəyə görə 180, 260 və ya 362 gün olaraq təyin olunub. 1931-ci ildən alternativ hərbi xidmət qüvvədədir. Alternativ xidmət müddəti isə 395 gündür.

Litvada xidmət müddəti 12 ay, ali məktəb və kollec məzunları üçün isə 6 aydır. 1992-ci ildən alternativ hərbi xidmət qüvvədədir. Alternativ xidmət müddəti 18 aydır.
1 milyard 200 milyon əhalisi olan və dünyada ən böyük səfərbərlik resursuna malik Çin Xalq Respublikasında məcburi xidmət sistemi tətbiq edilir. Ehtiyac olduğu təqdirdə, qadınlar da əsgərliyə aparılır. Xidmət müddəti quru qoşunlarında 3, dəniz və hava qüvvələrində isə 4 ildir. Burada alternativ xidmət sistemi yoxdur.

Polşada isə hərbi xidmət müddəti 10 ay, ali məktəb məzunları üçün isə 3 aydır. 1988-ci ildən alternativ hərbi xidmət tətbiq edilir. Alternativ xidmətin müddəti 18 ay, ali məktəb məzunları üçün isə 6 aydır.

Belarusda isə 18-27 yaş arası kişilər üçün hərbi xidmət məcburidir. Ali təhsili olanlar 12 ay, olmayanlar da 18 ay hərbi xidmət keçməlidir.

İranda məcburi hərbi xidmət 18 yaşdan etibarən başlayır. Müddəti isə vəziyyətə və yerinə görə dəyişir. Sərhəddəkilər 16, yoxsul bölgələrdən olanlar 18, normal bölgələrdən gələnlər 20 ay əsgərlik edir. Fiziki, ya da zehni qüsuru olanlar və təhsilini davam etdirənlər hərbi xidmətdən azaddır.

İşğalçı İsraildə 18 yaşı olan qadın və kişilər üçün hərbi xidmət məcburidir. İsrailli ərəblər, hamilə və evli qadınlar, zehni və ya fiziki qüsuru olanlar hərbi xidmətdən azaddır. Hərbi xidmət qadınlar üçün 2, kişilər üçün 3 ildir. Məcburi əsgərlik sistemi tətbiq olunur. Xidmət müddəti 24 ay, ali məktəb məzunları üçün 12 ay olaraq təyin edilib. Alternativ xidmət 2004-cü ildən qüvvədədir. Məcburi hərbi xidmət sistemi qüvvədədir. Avropa Birliyi namizədliyi üçün adı çəkilən bu ölkə 2015-ci ilə qədər peşəkar hərbi xidmətə keçməyi məqsəd qoyub. Məcburi hərbi xidmət sistemi tətbiq olunur. Xidmət müddəti 26 aydır. Ən az dörd uşaq sahibi olanlar və xaricdə yaşayanlar üçün 13 aylıq qısa dövr hərbi xidmət imkanı var.

18 aydan daha çox hərbi xidmət tətbiq edilən digər ölkələr Konqo, Kuba, Qazaxıstan, Qırğızıstan, Liviya, Mozambik, Sinqapur, Sudan, Tacikistan, Tailand, Türkmənistandır. Peşəkar orduya sahib ölkələr isə Lüksemburq, Makedonuya, Mərakeş, Hollandiya, Yeni Zelandiya, Tanzaniya, Panama, Peru, Filippin, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Cənubi Afrika Respublikasıdır.
1674 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı