Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

İsrail Xeybər məntəqəsini Ali-Səuddan alır

Səudiyyə Ərəbistanından əldə olunan xəbərlərə görə, İsrail yəhudilərindən ibarət bir dəstə yəhudilərin qalalarını təmir etmək məqsədilə Xeybər məntəqəsini Səudiyyə Ərəbistanından almaq istəyirlər.
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, bu səfalı məntəqə müqəddəs Mədinə şəhərinin şimal-qərbində yerləşir. Yəhudilərin tarixi qala və tikililəri indiyə qədər orada qalmaqdadır.
Xeybər sözünün mənası yeddi qapısı olan məntəqədir. Yəhudilər özlərinin müqəddəs kitabı olan Tövratın təhrif olunmamış versiyasının Mərhəb qalasında basdırıldığına inanırlar.
Xeybər müharibəsi zamanı yəhudi cəngavəri Mərhəb, Həzrət Əmirəl-möminin İmam Əlinin (ə) güclü zərbəsi ilə həlak olmuş və qala İmam Əlinin (ə) sərkərdəliyi ilə müsəlmanlar tərəfindən fəth edilmişdi.
1454 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25