Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

Məhkəmədə Gülər Əhmədovanın halı pisləşib

Mayın 5-də Bakı Apellyasiya məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın vəkillərinin verdiyi apellyasiya şikayəti ilə bağlı proses davam edib.

Hakim kasassiya şikayətini baxılmamış saxlayıb və vəkillərin çıxış etməsini istəyib. Vəkillər isə buna etiraz edərək fasilə elan olunmasını istəyiblər. Amma hakim buna da razı olmayıb. Bundan sonra Gülər Əhmədovanın hər üç vəkili qısa çıxışlar ediblər.

Vəkil Lətif Ağayev müdafiə etdikləri şəxsə qarşı açılan cinayət işini sənədlər toplusu adlandırıb.

“Bu cinayət işi deyil, sənədlər toplusudur. Bakı Ağır Cinayətlər Məhkəməsində hər hansı prosesual maddələrə əməl olunmasından söhbət gedə bilməz. Məhkəmənin qərarları maddi sübutlar əsasında deyil, “307-ci ” və “178-ci ” maddələr əsassızdır. KİV-də yayılan məlumatların istintaqa kimin təqdim etdiyi məlum deyil. Cinayətin yeri və vaxtı dəqiq olmadığından qərarı əsassız hesab edirəm və təqsirləndirilən şəxs bəraət almalıdır” deyə, o bildirib.

Digər vəkil Fazil Nemətov isə Gülər Əhnədovaya qarşı açılan cinayət işinin fakta görə deyil, şəxsə görə açıldığını deyib.

Vəkil Əfsər Talıbov çıxışa başlayan zaman Gülər Əhmədovanın halı pisləşib. Hakim təqsirləndirilən şəxsə tibbi yardım göstərilməsi üçün prosesi müvəqqəti təxirə salıb./azadliq.org/
1504 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi