Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

Hacı Tale Bağırovun apellyasiya şikayətinə baxıldı

Hakim Sabunçu rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb

Bu gün Bakı Apellyasiya məhkəməsində ilahiyyatçı-alim Hacı Tale Bağırovun şikayətinə baxılıb.

Hakim ilk öncə vəkildən və Hacı Tale Bağırovdan tələblərinin nə olduğunu soruşub.

Vəkil Sabunçu rayon məhkəməsinin qərarından narazı olduqlarını bildirib. Hacı Tale Bağırov isə qeyd edib ki, “Azərbaycanda azad məhkəmə sistemi olmadığı üçün, heç bir tələbim də yoxdur”.

Daha sonra hakim vəsatətə baxıb. Vəsatət təmin olunmayıb. Hakim Sabunçu rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Hacı Tale Bağırov C.M.-nin 234.1-ci maddəsi ilə ittiham olunaraq, Sabunçu rayon məhkəməsinin qərarı ilə 2 il müddətinə həbs edilib./İslamazeri/
1372 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber