Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

DAİŞ ilə “ən-Nusra Cəbhəsi”nin qarşıdurması 60 min insanı didərgin salıb

Suriyada radikal qruplaşmaların son qarşıdurmaları 60 min insanı didərgin salıb
DAİŞ ilə “ən-Nusra Cəbhəsi”nin qarşıdurmaları Dirazzur əyalətinin əl-Buseyrə, əz-Zir və Abriha qəsəbələrinin sakinlərdən tamamilə boşalmasına və sakinlərin digər bölgələrə qaçmasına səbəb olub

Suriyanın Dirazzur əyalətində “İraq-Şam İslam Dövləti” (DAİŞ) ilə “ən-Nusra Cəbhəsi” arasında son 5 gün ərzində gedən qarşıdurmalar bölgənin 60 min sakinini qaçqın vəziyyətinə salıb. İnterAz-ın Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna (SİHMQ) istinadla verdiyi xəbərə görə, iki radikal qruplaşmanın qarşıdurmaları Dirazzur əyalətinin əl-Buseyrə, əz-Zir və Abriha qəsəbələrinin sakinlərdən tamamilə boşalmasına və sakinlərin digər bölgələrə qaçmasına səbəb olub.

Məlumata əsasən, son 5 günün qarşıdurmalarında iki radikal qruplaşmaların 60-dan artıq silahlısı ölüb.

Bildirək ki, Suriya-İraq sərhəddində yerləşən Dirazzur əyalətində çoxsaylı neft quyuları var və “ən-Nusra Cəbhəsi” ilə “DAİŞ”in qarşıdurmaları əsasən bu quyuları nəzarətə almaq istiqamətində baş verir.
1496 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber