Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

Müxalifət silahlıları Homsun 14 rayonunu tərk etməyə başlayırlar

BMT-nin nəzarəti ilə baş tutacaq bu razılaşmada silahlılar əyalətin şimal bölgələrinə gedəcəklər

Suriyada əldə edilmiş atəşkəs razılaşmasına əsasən, müxalifət silahlıları Homs şəhərini yüngül silahları ilə birgə tərk edəcəklər. İnterAz-ın əl-Məyadinə istinadla verdiyi xəbərə görə, müxalifət silahlıları Homs şəhərinin 14 rayonunu sabahdan etibarən tərk edəcəklər.

BMT-nin nəzarəti ilə baş tutacaq bu razılaşmada silahlılar əyalətin şimal bölgələrinə gedəcəklər. Məlumata görə, 2 ildir mühasirədə qalan bu bölgələrdə 300 mindən artıq insan var və onlardan yalnız müxalifət silahlıları şəhəri tərk edəcəklər.

Bu arada mənbə xəbər verib ki, hökümət ordusu Dəməşqin əl-Məlihə rayonunu da tam şəkildə nəzarətə alıb.
1482 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 12:08
Merkel “Türk