Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2014

Şimali Koreya rəhbərliyi ABŞ-ı topa tutdu

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları İstintaq Komissiyasının dövlət əliylə sistematik işgəncə, kölələşdirmə, cinsi şiddət, ağır siyasi təzyiq və dini ayrı-seçkiliklə günahlandırdığı Şimali Koreya rəhbərliyi ABŞ-a ağır ittihamlar yönəldib.

Şimali Koreyanın rəsmi xəbər agentliyi KNCA "ABŞ ən əsas insan hüquqlarının mərhəmətsizcə pozulduğu bir cəhənnəmdir" adı altında bir xəbər yayımlayıb.

“Daily Beast” xəbər saytı Şimali Koreya rəhbərliyinin iddiasının "əsassız" olduğunu bildirsə də, ABŞ-la əlaqədar bəzi mövzularda haqlı olduqlarını yazıb.

Milli Təhlükəsizlik Agentliyinin (NSA) qeyri-qanuni şəkildə vətəndaşları izlədiyi, keçən il kasıblıq içərisində yaşayan amerikalıların sayının 46.5 milyona çatması Şimali Koreyanın haqlı olduğunu göstərib.

Qeyd edək ki, BMT Şimali Koreyada insan hüquqlarının pozulmasının çatdığı həddin indiyədək dünyada bir ilk olduğunu bildirmişdi.
1522 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 19:15